Azərbaycanda mikroavtobuslar toqquşdu: 15 yaralı

ƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

TƏBİB-dən verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir