Azərbaycanda işləmiş baş məşqçinin adı stadiona verilir

Türkiyə millisi, «Qalatasaray», «Fənərbağça» və «Beşiktaş» komandalarının sabiq baş məşqçisi, hazırda «Altay» klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.

Millitribuna.az-ın məlumatına görə, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

«Altay» və «Altınordu» klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə «Xəzər Lənkəran»ın baş məşqçisi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *