Azərbaycanda hərbi cinayətlər azalıb

“Aidiyyatı dövlət orqanları ilə birgə səmərəli fəaliyyət nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 % azalıb”.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 %, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25,0 % azalma var.

Bundan əlavə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 %, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 %, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 % və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25,0 % azalıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.