Azərbaycanda gübrə qiymətləri arta bilərmi?

Son zamanlar dünya bazarında mineral gübrənin qiymətinin artması Azərbaycana da təsirsiz ötüşməyib.

Millitribuna.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hələki daxili bazarda gübrənin qiymətinin artım tempi dünya bazarındakı artıma adekvat deyil:

“Bunun bir neçə səbəbi var. “Aqroservis” ASC-nin ötən ildən qalan qiymətlərlə ehtiyatları var. Onlar daxili bazara təklifi əvvəlki qiymətlərlə edirdilər. Digər səbəb isə budur ki, Karbomit zavodunda olan istehsalımız qiymətlərin artımının qarşısını almağa imkan verir. Bu səbəblər daxili bazarda cari mövsümdə gübrənin qiymətinin kəskin artmamasına səbəb oldu. Cüzi artımlar müşahidə edilsə də, bu elə də çox deyildi.

Növbəti mövsümdə dünya bazarında gübrələrin qiymətləri yenidən artarsa, daxili bazarda da kəskin sıçrayışları müşahidə edəcəyik. Lakin gübrələrin qiymətinin azalması ehtimalı da var. Dünya bazarında bəzi gübrələrin qiyməti sabit qalsa da, elə gübrələr var ki, onların qiymətləri 2-3 dəfə artıb. Əsasən, xammal bazası təbii qaza bağlı olan gübrələrin qiymətlərində kəskin sıçrayışlar var”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.