Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb

Bu il yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 190 milyon manat kredit verilib.

Millitribuna.az  xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,1 % artaraq 135,4 milyon manata çatıb.

Ötən 5 ayda İKZF istiqraz buraxmaqla 90 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 63,6 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.