Azərbaycanda dəhşət: Ana və sevgilisi 5 yaşlı uşağın dilini qopardı

Azərbaycanda 5 yaşlı uşaq anası və sevgilisi tərəfindən zorakılığa məruz qalıb.

Millitribuna.az xəbər verir ki, bu barədə “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında bildirib. K.Ağazadənin sözlərinə görə, bir neçə gün əvvəl anası tərəfindən 5 yaşlı uşaq nənəsinin əvvəllər çalışdığı kafeyə atılıb:

“İşçilər nənəyə zəng vurub dedi ki, uşaq ölür… Azyaşlı xəstəxanaya yerləşdirildi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi də Daxili İşlər Nazirliyinə göndərmişik. Təhqiqat gedir. Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxs olduğunu iddia edir. Uşağın bədənindəki siqaret izləri, qançırlar, dilinin qoparılması, toxumaların çürüməsi ona edilən ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, onu Kamran döyüb. “Dilimi də o dişlədi… Anam da oradaydı…” deyir.

Hüquq müdafiəçisi deyib ki, nənə Kamran tərəfindən daha öncə də uşağa qarşı zorakılıq olduğunu qeyd edib:

“Sonra o, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir…“patı”… Gerisini aidiyyəti qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir