Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək

AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə yeni rezident – “BEYT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Smart” arı yeşiklərinin istehsalı təşkil ediləcək.

Millitribuna.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, istehsalı planlaşdırılan ağıllı arı yeşiklərinə temperatur, rütubət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq.

İlkin mərhələdə 20 nəfər heyətlə işə başlanılması planlaşdırılır. Müəssisə illik istehsal gücü 500 min ədəd ağıllı yeşik təşkil edəcək. Bu isə işğaldan azad edilən bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *