«Azərbaycana səfər etməkdən məmnunluq duyuram»

«Gürcüstanın hökümət başçısı İrakli Qaribaşvili ilə Azərbaycana səfər etməkdən məmnunluq duyuram».

Millitribuna.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Bakıya rəsmi səfəri ilə bağlı özünün “Twitter” hesabında etdiyi paylaşımında qeyd edib.

O bildirib ki, səfər çərçivəsində baş tutacaq yüksək səviyyəli görüşlərdə, həmçinin aparılacaq danışıqlarda Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sferalarda əməkdaşlığın intensivləşdirilməsi yolları müzakirə ediləcək.(apa)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *