Azərbaycan XİN Meksikaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Mexikoda metro körpüsünün uçması hadisəsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

Millitribuna.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

Başsağlığı mətnində deyilir:

“Baş verən hadisə bizi çox kədərləndirdi. Faciəvi qəzada həlak olanların ailələrinə, eləcə də Meksika hökumətinə və xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, hadisə nəticəsində 23 nəfər dünyasını dəyişib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *