Azərbaycan və Mahaçqala arasında aviareys açıla bilər

Rusiyanın Dağıstan bölgəsinin Mahaçqala Beynəlxalq Hava Limanından Azərbaycanın aeroportlarına aviareyslər açıla bilər.

Millitribuna.az xəbər verir ki, Dağıstan aeroportu Azərbaycandan başqa Belarus, eləcə də Rusiyanın Novokuznetsk və Orenburq şəhərləri istiqamətində uçuş coğrafiyasını genişləndirmək istəyir. Hələlik isə Mahaçqaladan İsrailə, eləcə də Sibirin iri şəhərlərindən biri- Krasnoyarska birbaşa uçuşların başlanacağı elan edib.

Mahaçqala Beynəlxalq Hava Limanı bu il azı 2,8 milyon sərnişin qəbul etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 12% çoxdur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir