“Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə səy göstəririk”

“Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı”.

Millitribuna.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında etimadın möhkəmləndirilməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir