Azərbaycan Türkiyədən quru çay idxal edəcək

Azərbaycanın Türkiyədən quru çay idxal etməsi ilə bağlı iki ölkənin şirkətləri arasında müqavilə imzalanıb.

Millitribuna.az xəbər verir ki, bu barədə qonşu ölkənin çayçılıq müəssisələrini birləşdirən «Çaykur»un baş direktoru Yusuf Ziya Alim məlumat verib.

Onun sözlərinə görə, müqavilə Azərbaycanda 1 000-ə yaxın satış nöqtəsi olan şirkətlərdən biri ilə bağlanılıb.

«Azərbaycanlı qardaşlarımızla türk çayını bir araya gətirməkdən xoşbəxtik”, — deyə Y.Z.Alim qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *