Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Millitribuna.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyard ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 57,3 %, dəyəri isə 25,9 % çoxdur.

Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18 % olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir