Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusu şəhid olub

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Millitribuna.az-ın xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

P.Tağıyev subay idi.

Allah rəhmət eləsin!(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *