Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 907 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% az vəsait yönəldilib.

Millitribuna.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 7,9% azallb.

İstifadə olunmuş vəsaitin 3 392,2 milyon manatı və yaxud 69,1 %-i məhsul istehsalı sahələrinə, 1 143,2 milyon manatı və yaxud 23,3 %-i xidmət sahələrinə, 371,6 milyon manatı və yaxud 7,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

5 aylıq investisiya qoyuluşunun 2 960,8 milyon manatını və yaxud 60,3%-ni daxili vəsaitlər təşkil edib, 3 287,1 milyon manatı və yaxud 67%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,5%, büdcə vəsaitləri 18,1%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 6,9%, sair vəsaitlər isə 7,5% paya malik olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *