Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Millitribuna.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 605 xalla siyahıya başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 535 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 380 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.