Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış-2023” hərbi təlimləri davam edir.
Millitribuna.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.
Məlumata görə, “Qış-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.
Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb ediliblər.
Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app