Azərbaycan Gürcüstandan yumurta idxalını artırıb

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 273,9 min ABŞ dolları dəyərində yumurta ixrac olunub.

Millitribuna.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 69,3 % çoxdur. Hesabat dövründə Gürcüstandan bu qida məhsulunun yeganə idxalçısı Azərbaycan olub.

Yanvar-martda Gürcüstanın yumurta idxalı illik müqayisədə 95,1 % azalaraq dəyəri 53,6 min ABŞ dolları təşkil edib. Qonşu ölkənin əsas yumurta tədarükçüləri Türkiyə, Çexiya, Fransa və Macarıstan olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *