Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazanıblar

Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.

Millitribuna.az-ın məlumatına görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir