Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edilib

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

Millitribuna.az-ın məlumatına görə, ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində «Beynəlxalq iqtisadi münasibətlər» ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *