«Axırda da gəlib hamının qarşısında səni öldürür»

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına qarşı zorakılıq mövzusu ilə bağlı paylaşım edib.

Millitribuna.az xəbər verir ki, sənətçi şiddət görən qadınlara səslənərək bunları vurğulayıb:

«Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar «heç nə edə bilməzsən», «onsuz həmişə belə olacaq», «Döz! Döz! Döz!» deyəcək. Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!».(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *