Astarada yük maşını aşıb: ölən var

Astara rayonunda yol qəzası olub.

Millitribuna.az-ın məlumatına görə, hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Vüqar Xankişi oğlu Aslanov yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, bortda olan Sahil Səfərəli oğlu Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *