Artak Davtyan: «Atəşkəsə razılıq verməsəydik, vəziyyət daha acınacaqlı olacaqdı»

“Ermənistan həmin müharibədən (Aprel döyüşlərindən — red.) lazımi dərsləri çıxardı. Əks halda, növbəti, 44 günlük müharibənin tam fərqli yekunu və fərqli müddəti olardı”.

Millitribuna.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: “Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *