Arsen Venger: “Ofsayd 2022-ci ildə avtomatlaşdırılacaq”

FIFA-da Futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Arsen Venger ofsayd problemindən danışıb.

Milçitribuna.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi yaxın gələcəkdə oyundankənar vəziyyətin avtomatik qeydə alınacağını bildirib.

72 yaşlı mütəxəssisin sözlərinə görə, 2022-ci ildə ofsaydın avtomatlaşdırılma ehtimalı yüksəkdir: “Bütün nüansları gizli saxlamalıyam. Amma bu, ​​böyük hadisə olacaq”.

Qeyd edək ki, yeni sistemin DÇ-2022-də təqbiq ediləcəyi gözlənilir. Dünya çempionatı gələn il 21 noyabr – 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir