Aprelin 5-dən bağçalar bağlanacaq — Rəsmi

 

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilib.

Millitribuna.az xəbər verir ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi 5 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app