“Apple” qulaqlıqları eşitmə cihazına çevriləcək

Eşitmə qabiliyyətini itirmiş insanlar “Apple” qulaqlıqlarından eşitmə cihazı kimi istifadə edə biləcəklər.

Millitribuna.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat verib.

Nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özünün “AirPods” seriyalı qulaqlıqlarının imkanlarını genişləndirmək niyyətindədir.

Qulaqlıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün olan cihazların tələblərinə uyğun olaraq yenilənməsi planlaşdırılır. “Apple” mühəndislərinin “AirPodlar”ı faktiki olaraq eşitmə cihazına çevirəcəkləri qeyd edilir.

Mark Qurman vurğulayıb ki, şirkət növbəti bir və ya iki il ərzində qulaqlıqlarına yeni funksiyalar əlavə edəcək. Materialda bildirilir ki, “AirPod”larda eşitmə cihazı kimi istifadə edilməsinə qismən imkan verən seçimlər var.

Bununla belə müəllif qeyd edib ki, şirkətin cihazları ABŞ Qida Məhsulları və Dərman Preparatlarına nəzarət üzrə Sanitariya Müfəttişliyi (FDA) tərəfindən tibbi cihaz kimi sertifikatlaşdırılmayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir