“Apple” “MacBook Pro”nu təqdim edəcək

“Apple” şirkəti 18 oktyabrda “MacBook Pro” noutbukunun yeni modelini təqdim edəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Apple” son beş ildə ilk dəfə olaraq noutbukunun dizaynını yeniləyib. Həmçinin “Apple” ilk dəfə olaraq “Intel”in çipləri əvəzinə öz istehsalı olan çipləri “MacBook Pro”da quraşdırıb.

Yeni noutbuk modeli 14 və 16 düymlük ekranlarla təchiz olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir