Aİ və Böyük Britaniya “Brexit”i yekunlaşdırdı

Avropa İttifaqı (AB) və Böyük Britaniya ticarət və əməkdaşlıq müqaviləsini təsdiq edərək Krallığın ayrılması (Brexit) üçün bütün rəsmi işləri tamamlayıb.

Millitribuna.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəd mayın 1-i, Brüssel vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 02:00 — red.) qüvvəyə minib.

London və Brüsselin rüsumsuz və kvotasız ticarət əməliyyatlarına davam etməsinə icazə verən müvəqqəti razılaşma 1 yanvar — 30 aprel tarixlərində qüvvədə olub.

Aİ qeyd olunub ki, onlar Böyük Britaniyanı yaxşı qonşu, köhnə müttəfiq və vacib tərəfdaş kimi qiymətləndirirlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *