Ağstafada yol qəzası: 2 yaralı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü X.Əsgərov və 1987-ci il təvəllüdlü B.Mansırova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *