Ağır çəkidə qitələrarası boks çempionu müəyyənləşib

Boks üzrə ağır çəki dərəcəsində Beynəlxalq Boks Təşkilatının (WBO) qitələrarası çempionu titulu uğrunda döyüş baş tutub.

Millitribuna.az xəbər verir ki, britaniyalı Derek Çisoro ilə yeni zelandiyalı Cozef Parkerin qarşıdurması sonuncunun qələbəsilə başa çatıb.

Mançesterdə keçirilən döyüş 12 raund davam edib. Parker hakimlərin qərarı ilə qalib elan olunub.

Qeyd edək ki, Parker 2016-2018-ci illərdə dünya çempionu titulunun sahibi olub. 29 yaşlı boksçu keçirdiyi döyüşlərin cəmi ikisində rinqi məğlub tərk edib. O, 28 qələbəsindən 21-ni nokautla qazanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *