AFFA-dan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Millitribuna.az bu barədə assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

«Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkəmizin futbol ictimaiyyəti adından ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhumun doğmalarına səbir diləyir.

Allah rəhmət eləsin!» — başsağlığıda bildirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *