Abu-Dabidə real “Squid Game” keçiriləcək

“Netflix”in qısa müddət ərzində reytinqlərdə ilk sırada yer alan serialı “Squid Game”in real versiyası gerçəkləşəcək.

Millitribuna.az xəbər verir ki, Koreya istehsalı olan ekran işində böyük pul mükafatını əldə etmək üçün yarışmacılar uşaq oyunlarında qazanmaq məcburiyyətindədir. Əks halda uduzan hər bir oyunçu ölməyə məhkumdur. Sözü gedən oyunlar isə real həyatda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək.

Koreya Mədəniyyət Mərkəzi tərəfindən Abu-Dabidə təşkil olunan yarışda 15 nəfərdən ibarət 2 qrup iştirak edəcək. Qırmızı və yaşıl işıq, konfet, kartları çevirmək, misket, ddakji oyunlarının yer alacağı yarışın soonu serialda olduğu kimi ölümlə bitməyəcək.

Qaliblərə sürpriz hədiyyələr veriləcəyi deyilsə də, sonda pul mükafatının olub-olmayacağı açıqlanmayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir