ABŞ və NATO əsgərləri Əfqanıstandan çıxarılır

Əfqanıstanda yerləşən ABŞ və NATO əsgərlərinin bu gündən etibarən rəsmi olaraq çıxarılmasına başlanılıb.

Millitribuna.az xəbər verir ki, hazırda ölkədə olan 2500-3000 arasında olduğu təxmin edilən ABŞ əsgərləri və 7000 NATO hərbi personalı bu gündən etibarən ölkəni tədricən tərk edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden 15 apreldə geri çəkilmə prosesinin 1 maydan etibarən başlayacağını və 11 sentyabra qədər bütün qoşunların Əfqanıstandan çıxarılacağını bildirmişdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *