ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə hazır deyil.

Millitribuna.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.

O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunması tələbi qəbulolunmazdır:

«Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunması, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində təkid edəcəksə, o zaman danışıqlar dalana dirənəcək».

Qeyd edək ki, bu həftə Avstriyada İranla beynəlxalq qüvvələr arasında nüvə sazişinin yenidən bərpa olunması ilə bağlı danışıqlar başlayıb. İran sazişin bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *