ABŞ-da fövqəladə vəziyyət elan oluna bilər


ABŞ prezidenti administrasiyası meymunçiçəyinin yayılmasına görə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətin tətbiqi ehtimalını etiraf edib və həmçinin xəstəliyin yayılması ilə mübarizə üçün Ağ Evdə koordinator təyin etmək niyyətindədir.

Millitribuna.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə meymunçiçəyi epidemiyasının ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib-etməyəcəyi barədə düşünür, həmçinin Ağ Evdə virusa qarşı tədbirlər üzrə koordinator təyin etməyi planlaşdırır.

Qəzetin mənbələrinə görə, bəzi hökumət rəsmiləri fövqəladə vəziyyət rejiminin tətbiqinin virusun yayılması ilə bağlı daha dəqiq məlumat toplamağa imkan verəcəyinə inansalar da, digərləri bu addımı simvolik hesab edirlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.