ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırıb

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.

Millitribuna.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.

Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.

Ümumilikdə, koronavirus pandemiyasının iqtisadi fəsadlarının aradan qaldırılması məqsədilə ABŞ Azərbaycana 6,6 milyon dollar ayırıb.

“COVID-ə qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”, – ABŞ səfiri bildirib.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir