“ABŞ axmaq siyasi xətt yürüdür” — Lavrov

“Vaşinqtonun Moskvaya qarşı siyasi xəttinin sonu yoxdur”.

Millitribuna.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə danışıqlardan sonra verdiyi açıqlamada bildirib.

“Atlantik Şurası kimi Vaşinqton yönümlü bir quruluş belə ABŞ-ın Rusiyaya münasibətdə tamamilə çıxılmaz və bəlkə də axmaq siyasi xəttini tənqid edən materiallar yayımlayır”,- deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların tətbiq olunduğu dövr daxil olmaqla belə bir xətt dövlətin daha əvvəl elan etdiyi hədəflər baxımından heç bir nəticə vermir.(qafqazinfo)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *