28 ölkədə qanunsuz mərc edənlər saxlanıldı

İnterpol futbol üzrə Avropa çempionatı zamanı qanunsuz mərc oyunları ilə bağlı genişmiqyaslı əməliyyat həyata keçirib.

Millitribuna.az xəbər verir ki, “SOGA VIII” əməliyyatı çərçivəsində Azərbaycan da daxil olmaqla 28 ölkədə qanunsuz mərc oyunlarından milyonlar qazanmağa can atan və çirkli pulların yuyulması üzrə fəaliyyətdə əlləri olan mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyatlar və minlərlə reyd keçirib.

Qeyd olunur ki, reydlər nəticəsində Asiya və Avropada təqribən 1400 təqsirli şəxs saxlanılıb. Bununla yanaşı, əməliyyat çərçivəsində 7.9 milyon dollar nağd vəsait, həmçinin kompüter və mobil telefonlar müsadirə edilərək götürülüb.

Ümumilikdə əməliyyat Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Bruney, Kamboca, Çin, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, irlandiya, İtaliya, Malayziya, Maldiv, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük britaniya və Vyetnamı əhatə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir