«Milan» klubunun hücumçusu Zlatan İbrahimoviç özünü aktyor kimi sınamaq qərarına gəlib.
Millitribuna.az axşam.az-a xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat verib.
39 yaşlı futbolçu «Asteriks və Obeliks: İpək yolu» filmində Roma legioneri «Antivirus» rolunda çəkiləcək.
Ekran işi 2022-ci ildə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, bu ilin payızında idmançı haqda lentə alınan «Mən Zlatanam» adlı bədii film də izləyicilərin ixtiyarına veriləcək.