“Supermen” haqqında kitab rekord qiymətə satılıb

Ötən əsrin 30-cu illərində ABŞ-da çap olunmuş, bununla da «Supermen» adlı personajı bəşəriyyətə bəxş etmiş “Action Comics #1” yumoristik kitabı onlayn hərracda 3,25 milyon dollara satılıb. Bu, onun 2018-ci ildəki alış qiymətindən 1,25 milyon dollar çoxdur.

Millitribuna.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, bu kitabın başqa nüsxəsi 2014-cü ildə hərracda 3,2 milyon dollara realizə edilmişdi. Kitab «Supermen»in mənşəyi, başqa planetdən dünyaya necə gəlməsi haqqında oxuculara məlumat verir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *