«İnter»in baş məşqçisi Antonio Konte İtaliya A seriyasında «Sassuolo»ya 2:1 hesablı qələbəni şərh edib.
Millitribuna.az xəbər verir ki, komandası lider olan 51 yaşlı mütəxəssis çempionluq həyəcanı yaşadıqlarını söyləyib: «A seriyasına 9 ildir bir komanda hakimdir. Onları taxtdan salmaq əla olacaq. Hər qələbə rəqiblərimizə bir mesajdır.
9 matçımız qalıb. Hər birinin 6 xallıq dəyəri var. Komanda olaraq üzərimizdə gərginlik var. Azarkeşlərimiz də eyni həyəcanı bizimlə bölüşürlər. Bu təzyiq olduqca təbiidir. Qalan matçlarda qalib gəlmə üçün meydana çıxacağıq».
Qeyd edək ki, ardıcıl 9 ildir «Yuventus» ölkə çempionatının qalibi olub.
Xatırladaq ki, «İnter» hazırda A seriyasında 71 xalla liderdir. Komanda ən yaxın izləyicisi «Milan»ı 11 xal qabaqlayır.(qol.az)