Vladimir Fekete: «Gördüklərimdən dəhşətə gəldim»

“Bu ərazilərə ruhanilərin səfərini təşkil etdiyinə görə möhtərəm şeyx həzrətlərinə təşəkkür edirəm. Əminəm ki, hər bir azərbaycanlı buraya gəlmək istərdi”.

Millitribuna.az xəbər verir ki, bunu Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete işğaldan azad olunmuş Ağdam rayonunda jurnalistlərə bildirib.

“Bu səfərin əsas məramı bu yerləri dualarımızla nurlandırmaqdır. Buraya şəhidlərin ruhları, bu torpaqları azad etmək üçün həlak olmuş cavan uşaqların ruhları, əziyyət çəkən hər kəs üçün dua etməyə gəlmişik. Bu bölgəni bərpa etmək üçün nə qədər böyük işlər görmək lazım gələcəyini görürük. Bizim hörmətli Prezidentimizə, rəhbərlərimizə kömək olsun deyə, tAllaha dua etməyi özümüzə borc bilirik”, – deyən icma başçısı vaxtilə bağ-bağat şəhəri olmuş Ağdamın necə viran qoyulduğunu görərkən dəhşətə gəldiyini söyləyib.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *