“Mənə demədikləri söz qalmadı”

Türkiyənin pop ulduzu Hadisə uzun illərdir ona qarşı aparılan linç kampaniyalarından danışıb.

Millitribuna.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, siması olduğu “L’Officiel Turkiye” jurnalına açıqlamasında bildirib. Müğənni qeyd edib ki, qadınlar tərəfindən nifrət dolu mesajlara məruz qalır:

“Mən linçlərə ən ağır şəkildə məruz qalan şəxsəm. Kök və “Roberto Karlos ayaqlı” olduğumu dedilər. Hətta çox arıqladığımı, çox çirkinləşdiyimi, milçəyə bənzədiyimi söylədilər. Mənə demədikləri söz qalmadı. Hamısını yaşadım. Kədərli tərəfi odur ki, bu nifrəti mənə qusanların əksəriyyəti qadınlardır”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *