“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” — Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşüb.

Millitribuna.az xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri kimi Türkiyəyə ilk rəsmi səfərə gələn Volkan Bozkırla görüş keçirdim. Onun rəhbərliyi ilə pandemiyaya baxmayaraq, Baş Assambleyanın işi fasiləsiz davam edir”, — Çavuşoğlu yazıb.

Nazir vurğulayıb ki, Türkiyə BMT-də mühüm rol oynamaqda və Bozkıra dəstək verməkdə davam edəcək.

“Biz İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik”, — türk diplomatiyasının başçısı yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.(qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *