Evdən çıxan 7 COVID-19 xəstəsi saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *