ABŞ-da peyvənd pasportları tətbiq edilməyəcək

“ABŞ rəhbərliyi ölkədə koronavirusla bağlı peyvənd pasportları tətbiq etmək niyyətində deyil”.

Millitribuna.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hökumət nə indi, nə də gələcəkdə vətəndaşlardan peyvənd pasportu gəzdirməyi və ya sahib olmalarını özündə əks etdirən bir sistemi dəstəkləməyəcək:

“Heç bir vahid federal peyvənd bazası olmayacaq. Bu cür pasportların hazırlanması təşəbbüsü ABŞ-da özəl şirkət tərəfindən irəli sürülüb. Bu özəl və qeyri-kommersiya sektorları tərəfindən nəzərdən keçirilir”.

Psaki əlavə edib ki, vətəndaşların hüquqlarının qorunması baxımından bu sistemin tətbiq edilməsi yolverilməzdir. (Modern.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *