«Türkiyəli azarkeşlər qədər çılğınını görməmişəm» — Ozan Kabak

«Liverpul»un futbolçusu Ozan Kabak Çempionlar Liqasının 1/4 finalında «Real»la matç öncəsi Türkiyə mətbuatına açıqlama verib.

Millitribuna.az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi komandasının final mərhələsinə adlamasını və İstanbulda keçiriləcək həlledici matçda oynamasını istədiyini deyib:

«Hər il Çempionlar Liqasında oynamaq mənim hədəfimdir. Bu il 1/4 finala qədər irəliləmişik. İnşallah, finala da çıxarıq. Çox həyəcanlıyam. Çempionlar Liqası həqiqətən də dünyanın ən yaxşı futbol tədbirlərindən biridir. Orada çıxış etmək mənim üçün böyük bir qürurdur. Nəticədə bu yarışda dünyanın ən yaxşı komandaları və futbolçuları mübarizə aparır. İstanbul mənim böyüdüyüm və ilk professional matça çıxdığım şəhərdir. Finalın İstanbulda təşkil edilməsi və hazırda bizim 1/4 finalda olmağımız mənim üçün çox gözəl bir təsadüfdür. Bu, mənə motivasiya verir».

Kabak həmçinin əcnəbi tərəfdarlarla Türkiyədəki azarkeşləri də müqayisə edib:

«İndiyədək Almaniyada və İngiltərədə oynamışam. Türkiyədəki azarkeşlər qədər çılğın, sevdiyi komandaya bağlı və səmimi fanatlar görməmişəm»

Qeyd edək ki, Kabak bu qış «Liverpul»!a «Şalke»dən keçib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *