Robert Köçəryan seçki blokuna başçılıq edəcək

Ermənistanın sabiq prezidenti Robert Köçəryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində iştirak edəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısı Rusiya televiziyasına açıqlamasında bildirib.

“Ölkəmə 10 il ərzində rəhbərlik etmişəm, amma bitərəfəm. Yəqin ki, iki partiyadan ibarət olacaq blokun rəhbəri kimi iştirak edəcəyəm”, — o deyb.

R.Köçəryan həmin blokun məhz hansı partiyalardan ibarət olacağını dəqiqləşdirməyib.(report)