“Hazırlaşırıq, Amerikanın siqnallarını qulaqardına vururuq”

Donbassdakı neqativ vəziyyət Moskva və Vaşinqtonun diqqət mərkəzindədir və onlar vəziyyət üzrə yüksək səviyyədə dialoq aparırlar.

Millitribuna.az xəbər verir ki, bu barədə aprelin 5-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Serqey Ryabov xəbər verib.

“Biz, amerikalılarla təmasdayıq. Bu, yüksək səviyyədə həyata keçirilir. Amerikalılar bizə öz narahatlıqlarını bildirirlər” – deyə, Ryabov qeyd edib.

Ryabov daha sonra vurğulayıb: “Ondan narahat olmaq lazım deyil ki, Rusiya nə edir. Kiyevin qəbuledilməz davranışından narahat olmaq gərəkdir.

Ukrayna sadəcə, Minsk razılaşmasının tələblərini yerinə yetirmir, getdikcə daha açıq formada həmin razılaşmaları inkar edir. Əgər amerikalı həmkarlar bundan narahatlıq keçirsəydilər, bu vəziyyəti sabitləşdirməyə real kömək edərdi. Biz isə lazım bildiyimiz bütün tədbirləri öz ərazimizdə, Rusiya ərazisində həyata keçiririk. Hansısa Amerika siqnallarının buna azacıq də olsa aidiyyəti yoxdur. Demək olar, biz, bu siqnalları tamamilə qulaqardına vururuq”.(AzPolitika.info)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *