FIFA Ukrayna yığmasının istəyini rədd etdi

FIFA İngiltərə «Vulverhempton»unun futbolçusu Maks Kilmanın Ukrayna yığmasında oynamasına razılıq verməyib.

Millirribuna.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının sorğusuna cavabda bildirilir. Səbəb kimi 24 yaşlı müdafiəçinin əvvəllər İngiltərənin futzal millisinin heyətində 8 rəsmi matça çıxması göstərilib. Bu isə istedadlı futbolçunun artıq İngiltərə futbol vətəndaşlığını təmin etməsi anlamına gəlir.

Kilman 23 may 1997-ci ildə Londonda rus-ukraynalı ailəsində doğulub. Onun atası Aleks əslən moskvalı, anası Mariya isə kiyevlidir.

Qeyd edək ki, bu mövsüm Maks Kilman «Vulverhempton»un heyətində 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.(report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *